İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərsu” ASC-nin maşını qəzaya uğradı: yaralanan var

709 02.11.2015 20:57 Ölkə A A

Ələt - Astara magistral yolunun 200 km-də, Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İkinci dərəcəli yoldan əsas yola çıxdığı bildirilən Şilavar kənd sakini, 58 yaşlı Fətulla Abdulovun idarə etdiyi "Mercedes" markalı 90-MZ-590 nömrə nişanlı nəqliyyat vasitəsi Ələt istiqamətində hərəkətdə olan Lənkəran şəhər sakini, 49 yaşlı Arzuman Bəşirovun idarə etdiyi "Ford" markalı, "Azərsu"ya aid 90-JU-681 nömrə nişanlı sisternli yük maşını ilə toqquşub. Nəticədə “Mersedes” yoldan çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Ağır xəsarət alan "Mercedes" sürücüsü dərhal təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücünün baş və qol nahiyəsində kəsilmiş yaralarla bərabər, rentgen müayinəsi zamanı sol oturaq sümüyünün sınığı aşkar olunub.

Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Faktla bağlı təhqiqat aparılır.(report.az)









Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR