İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərkitab”ı bağlayıb yerində restoran açırlar, ciddi zərbə aldıq" -Bakının ən böyük kitab mərkəzindən VİDEOREPORTAJ

1769 13.04.2022 17:42 Ölkə A A

 

Bakıda ən populyar kitab mərkəzlərindən olan “Azərkitab” fəaliyyətini dayandırıb. Buna səbəb kimi isə maliyyə çatışmazlığı, mərkəzin gəlir əldə edə bilməməsi göstərilir.

Qeyd edək ki, 2017-ci ildən bəri fəaliyyət göstərən “Azərkitab” bir mədəniyyət mərkəzinə çevrilmişdi. Burada yalnız kitab satışı deyil, həm də ədəbiyyat adamlarının kitab təqdimatları, imza günləri, gənc ədiblərin görüşləri təşkil edilirdi...

 “Azərkitab”ın binası şəhərin mərkəzində yerləşdiyinə görə işbazlar onun yerləşdiyi məkana göz dikiblər.  “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov TV Musavat-a özəl açıqlamasında bildirdi ki, məkanın yerində restoran açılacaq.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu "Azərkitab"ın müdafiəsinə qaxıblar.  Onlar ədəbiyyat adamlarının, kitab sevərlərin üz tutduğu bu mərkəzin bağlanmasına öz etiraz səslərini qaldırıblar.

Musavat.com həmin videoreportajı təqdim edir.

 

 

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR