İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərişıq”-dan Nizami rayonunun saatlarla işıqsız qalması məsələsinə AYDINLIQ

643 17.09.2021 17:05 Sosial A A

Bu gün (17 sentyabr) Nizami rayonu Məmmədəli Şərifli küçəsində elektrikin verilişində problem yaranıb.

Bu barədə Musavat.com-a ərazidə yaşayan sakinlər xəbər veriblər. Sakinlər qeyd ediblər ki, bununla bağlı “Azərişıq” ASC ilə əlaqə saxlamağa cəhd etsələr də, onların zənglərinə cavab verilməyib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə əlaqə saxladıq. O, Musavat.com-a açıqlamasında ərazinin saatlarla işıqsız qalması məsələsinə belə aydınlıq gətirdi: “Bu, bizdən asılı olmayan səbəbdən baş verib. Həmin ərazidə ekskavator yer qazanda əsas yüksək gərginlik xətti olan yeraltı kabeli zədələyib. Hazırda ərazidə elektrikin verilişi bərpa olunub”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR