İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərişıq” ASC-dən daha bir “ÇP” - (Fotolar)

3469 11.04.2015 17:31 Hadisə A A


Saytımızın daimi oxucularından olan Elşən Abbasov yazır ki, “Azərişıq” ASC Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 1A ünvanında yeni yarımstansiya tikir: “İlk baxışdan elə görünə bilər ki, yaxınlıqdakı binaların sakinləri buna sevinməli idi, axı onlar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqdılar. Amma belə deyilmiş. Burada ilk baxışda diqqəti o qədər də cəlb etməyən bir məqam var. Söhbət inşaat işləri zamanı elementar təhlükəsizlik qaydalarına riayət olunmamasından gedir. Belə ki, 110 kilovoltluq iki transformatorlu yarımstansiya yaşayış binasına düz bitişik tikilir. Halbuki yanğın təhlükəsizliyi qaydalarının tələblərinə görə, bu tipli yarımstansiyalar I-III dərəcəli odadavamlı tikililərdən azı 3 metr, IV-V dərəcəli odadavamlı tikililərdən isə 5 metr kənarda inşa olunmalıdır. Yaşayış binaları ilə yarımstansiyalar arasındakı məsafə isə ən azı 10 metr təşkil etməlidir”.

Xatırladaq ki, elektrik yarımstansiyaları həm də dayanmadan güclü səs verir. Bu da ətrafda yaşayan insanların psixikasına ciddi mənfi təsir göstərir. Digər tərəfdən, belə yarımstansiyalar ətrafında elektrik və maqnit sahələri yaranır ki, bu da ətrafdakı insanların (və digər canlıların) orqanizminə ziyandır. Elektrik və maqnit sahələri insanlarda ürək-damar sistemi xəstəliklərinə, kişi və qadın sonsuzluğu, endokrin və mərkəzi əsəb sistemlərinin pozuntusu, bədxassəli şişlərin yaranması riski və digər xəstəliklərə səbəb ola bilər. “Azərişıq” isə bunları nəzərə almadan orada tikinti aparır.

Biz hələ bu cür obyektlərdə baş verə biləcək yanğın və partlayış ehtimallarından danışmırıq. Təəssüf ki, Bakıda insan tələfatı ilə nəticələnən belə hallar olur.

P.S. Belə hallarda adətən qarşı tərəfin də mövqeyi öyrənilməlidir. Jurnalistikanın elementar qaydaları tələb edirdi ki, “Azərişıq” ASC-nin də mövqeyini öyrənək. Lakin oxucumuzun redaksiyamıza təqdim etdiyi fotolara baxandan sonra buna lüzum görmədik. Çünki o fotolar hər şeyi deyir. Bizə hər şey aydındır. “Azərişıq” ASC-yə isə...



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR