“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
Musavat.com xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağ”ı Gədəbəy rayonu, Dərəqumlu massivində təşkil olunacaq.
Noyabrın 4-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.






