İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azəriqaz" İB-nin 12 əməkdaşı Yeni Azərbaycan Partiyasına qəbul olundu - FOTOLAR

679 26.12.2019 17:45 Son xəbər A A

Dekabrın 26-da Yeni Azərbaycan Partiyasına yeni üzvlərin qəbulu münasibətilə Partiyanın Xətai rayon ərazi təşkilatının “Azəriqaz” İstehsalat Birliyi üzrə ərazi ilk partiya təşkilatının idarə heyətinin yığıncağı keçirilib.

Musavat.com-un xəbərinə görə, yığıncaqda Birliyin rəhbərliyi, partiya fəalları, eləcə də bir neçə struktur bölmələrin məsul əməkdaşları iştirak ediblər. “Azəriqaz” İB-nin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynov Yeni Azərbaycan Partiyasına üzvlüyə qəbul edilən 12 nəfəri təbrik edib. Partiya sıralarında gənclərin yer almasını yüksək dəyərləndirən C.Hüseynov onlara uğurlar arzulayıb. Digər çıxış edənlər də partiyanın yeni üzvlərinin ümumi məqsədlər üçün səylə çalışacaqlarına inandıqlarını ifadə ediblər. Daha sonra Birliyin 12 nəfər əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR