İnsanlara hürriyət, millətlərə istiqlal!

Azercell-in şimal-qərb bölgəsindən olan müştəriləri rabitə əlaqəsindən məhrum olublar

815 03.11.2015 11:10 Son xəbər A A
Bu amil bir sıra dövlət orqanları, idarələr, şirkətlərin işində müəyyən çətinliklərə səbəb olub. 
Şəki, Zaqatala, Balakən və Qaxda təqribən axşam 17 radələrindən bu operatorun xidmətindən istifadə qeyri-mümkün olub. Nəticədə istifadəçilər mobil əlaqə saxlamaq imkanından məhrum olublar. Şəkidə apardığımız sorğu zamanı da sakinlər məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.

Bu amil bir sıra dövlət orqanları, idarələr, şirkətlərin işində müəyyən çətinliklərə səbəb olub.  Azersell-in Koorporativ Ünsiyyət Şöbəsinin rəhbəri Nigar Şixlinskayanın "Kanal S"ə verdiyi açıqlamaya əsasən, optik kabeldə qırılma olub. Mexaniki zədə baş verib və buna görə də bir neçə saat ərzində bu operatorun xidmətindən istifadə mümkünsüz olub. Şirkət rəsmisinin sözlərinə görə, məsələ ilə əlaqədar mütəxəssislər cəlb olunub və yaranan problemin həlli istiqamətində iş aparılır. Qeyd edək ki, oxşar problem bundan əvvəllər də bir neçə dəfə qeydə alınıb.  Hər halda, bu halın dəfələrlə təkrarlanması və geniş miqyas alması məsələnin ciddiliyindən xəbər verir.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR