“Azercell Telekom” Azərbaycan Respublikasına səfər edən turist və əcnəbi vətəndaşlar üçün yeni yaradılmış tarifləri istifadəyə verir. Xüsusi və unikal təklif çərçivəsində ölkəmizin qonaqları 3 tarif paketdən birini seçib pulsuz nömrə əldə edəcəklər: Turist Paketi Xoş Gəldin, Turist Paketi Super, Turist Paketi Maks. Qiyməti 39 AZN-dən başlayan tarif paketlərinə ölkədaxili və beynəlxalq dəqiqələr, internetlə yanaşı, sosial şəbəkələr üçün əlavə internet trafik də daxildir.
![]()
Hər üç tarif paketdə təqdim olunan sosial şəbəkələr üçün internet trafik WhatsApp, Facebook, Instagram, Snapchat və TikTok tətbiqlərində istifadə oluna bilər.
Paketlərə Azercell-in satış və xidmət mərkəzlərində qoşulmaq mümkündür.
Tariflər barədə ətraflı məlumatı https://bit.ly/tourist-pack ünvanında əldə etmək olar.






