Azərbaycanlının Rusiyada törətdiyi dəhşətli qətlin təfərrüatları (VİDEO, FOTO)
19 yaşlı Azərbaycan vətəndaşı Maarif Məmmədov Rusiyanın Xantı-Mansiysk şəhərində 23 yaşlı Yuliya Zavyalovanı qətlə yetirilib. Hadisəni yaxınlıqdan keçən avtomobilin videoregistratoru qeyd edib. Kadrlarda görünür ki, Malik Məmmədov bıçaqla qadının boyun və baş hissəsinə bir neçə zərbə endirir. Bu vaxt Yuliya Zavyalovanın anası da yanında olub.
İstintaqın məlumatına görə, qətlə yetirilən qadın Malik Məmmədovla əvvəldən tanış olub. Qətlə qadının münasibətləri davam etdirmək istəməməsinin səbəb olduğu ehtimal edilir.
Qadının qardaşı Maksim Zavylov Znak.com saytına bildirib ki, qətldən bir neçə həftə əvvəl Malik Məmmədov bacısını zorlayıb. Lakin müstəntiq cinayət işi başlamaqdan imtina edib və Malik Məmmədov azadlığa buraxılıb. Qardaşı onu da deyib ki, sosial şəbəkələr və SMS vasitəsilə bacısını hədələyirmişlər.
Qeyd edək ki, Malik Məmmədov artıq saxlanılıb. Onun üzərində pasport olmayıb. Bundan başqa, şübhəlinin sürüdülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi də bildirilir.
Musavat.com






