İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlılarla birlikdə İŞİD-ə qoşulmaq istəyən rusların adı açıqlandı (SİYAHI)

1892 09.06.2015 15:39 Kriminal A A
Türkiyə-Suriya sərhədində azərbaycanlılarla birlikdə yaxalanan Rusiya vətəndaşlarının adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, rusiyalı yeniyetmə Varvara Karaulova ilə birlikdə olan rusların adlarını "LifeNews" öyrənə bilib. 

Məlumata görə, qrupda 4 azərbaycanlı olub. Onların cinsi, yaşları və adları açıqlanmır. Bundan başqa Rusiyalılardan ibarət qrupda Varvaradan əlavə 4 qadın, 3 kişi və 6 uşaq olub. 

Varvara ilə Suriyaya 24 yaşlı Dağıstan sakini Aişə Məmmədova ilə yollanıb. Aişə özü ilə bir yaşlı Xədicə, 4 yaşlı Zeynəb və 7 yaşlı Muradı da götürüb. Ailə başçısı isəs İŞİD-ın sıralarında - Suriyadadır. 

Azərbaycanalılarla birlikdə saxlanılar rusların adları belədir: 
Müslüm Akmayev - 1983-cü il 
Daurokus Şaripov - 1995-ci il 
Maqomed Qarasultayev - 1992-ci il 
Nafisə Xocayeva - 1982-ci il 
Ömər U. - 2010-cu il 
Alsu Əhmədcina - 1983-cü il 
Mansur - 2012-ci il 
Varvara Karaulova - 1995 ci il 
Regina Vəlimətova - 1991-ci il 
Daud - 2010-cu il 
Aişa Məmmədova - 1991-ci il 
Xədicə - 2014-cü il 
Murad - 2007-ci il 
Zeynəb - 2010-cu il 

Məlumata görə, saxlanılanlar Batmanda miqrant düşərgəsində saxlanılırlar. Saxlanılan rusiyalılarla birgə Azərbaycan vətəndaşlarının da taleyi diplomatik səviyyədə həll edilir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR