İnsanlara hürriyət, millətlərə istiqlal!

“AZƏRBAYCANLILARIN CƏMİ 10 FAİZİ BURA AXIN ETSƏ, AZƏRBAYCANIN SONU OLACAQ”

12718 06.09.2011 09:52 Gündəm A A
Əliyevin sözlərinə görə, Azərbaycan 1992-ci ildə müstəqilliyini elan etdikdən sonra İranın Azərbaycana təsiri sürətlə artmağa başlayıb ki, bu da İran tərəfindən qəsdən teokratik milliyyətçiliyin ixracı ilə nəticələnib. Prezident vurğulayıb ki, 90-cı illərin əvvəllərində İranın siyasəti Azərbaycanda İran mollalarının sayının artımına tuşlanmışdı və İran təbliğatı şiə islamının daha mühafizəkar versiyası ilə geniş yayılmışdı. Əliyev Azərbaycanda həyatın İrandan daha yaxşı olduğunu, onların vətəndaşlarının Azərbaycana gəldiyini, bunu isə qadınların hicab örtməməsi, kişilərin isə diskotekalarda rahat oynamaq və içmək imkanı olması ilə izah edib.
Azərbaycanın İran və Rusiya ilə əlaqələrinə toxunan prezident hazırkı durumun əvvəldən təxmin edildiyi kimi olduğunu qeyd edib: “Onlar bizə problem yaradacaqları halda, biz də onlara problem yarada bilərik”. Xoekstranın Əhmədinejadın planları ilə bağlı sualı isə Əliyevi gülməyə məcbur edib. O deyib ki, İranın hansı addım atacağını heç kim təxmin edə bilməz. Əliyev ABŞ-ın İrana hücumunun Azərbaycan üçün faciə olacağını bildirib. Birincisi, Əhmədinejadın Əliyevə dediyinə görə, İran o ölkələrə hücum edəcək ki, ərazisindən hücumlar təşkil olunacaq. Digər problem isə çoxlu sayda qaçqının Azərbaycana axın etməsi ilə bağlıdır: “Əgər təkcə İrandan 10% etnik azərbaycanlı sərhədi keçsə Azərbaycanın sonu çatar”. Belə olan halda qaçqınlara nəzarət etmək çətinləşəcək: “İranlılar, hətta etnik azərbaycanlılar belə özləri ilə İran islam mədəniyyətini gətirsələr, bu Azərbaycanı pis tərəfə dəyişəcək”. Əliyev onu da vurğulayıb ki, Azərbaycan qəti olaraq İrana hücumun əleyhinədir. Prezident İranın güclü orduya və hərbi infrastrukturaya sahib olduğu qeyd edib. Əliyevin fikrincə, Rusiya İran-Amerika qarşıdurmasından dividentlərin əldə edilməsində maraqlıdır: “Prezident Putin dedi ki, Rusiya heç bir tərəfi dəstəkləmək istəmir və o, səmimi idi”.
Əliyevin sözlərinə görə, Əhmədinejadla ikitərəfli görüşlər zamanı İran prezidenti öz sələflərindən fərqli olaraq daim müharibə və hərbi məsələlər haqqında danışdır. Dini lider Xamneyi ilə görüşlərdə isə söhbət əsasən şerdən və ədəbiyyatdan gedir. Əliyev görüşlərin birində Əhmədinejada onun beynəlxalq arenadakı çıxışlarının “faydasız həyəcan yaratdığını bildirib, cavabında isə İran prezidenti ”Sən xoşbəxt olmalısan, mənim sözlərimə görə, neftin qiyməti qalxır" deyib. Əliyev hesab edir ki, ABŞ müsəlman dünyasını islah etməyə çalışmamalıdır, çünki bu iki çox müxtəlif mədəniyyətlərdir. Onun fikrincə, müsəlman dünyasında islahatlar yalnız “Həmas”a və “Hizbullah”a gətirib çıxaracaq. Bundan başqa, ABŞ-ın demokratiyanı İraqa və ya Yaxın Şərqin başqa ölkəsinə boynuna qoymaq cəhdlərini səhv addım kimi dəyərləndirib. Müsəlman dünyası əsrlik ənənələrə, ideologiyaya və mədəniyyətə malikdir, hansılar ki, sürətli demokratlaşdırmayla uyuşmazdırlar. “Kim əfqanları və ya Səudiyyə Ərəbistan sakinlərini dəyişdirə bilər?”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR