Azərbaycanlıları qanunsuz işlədən baza müdiri ev həbsində...
Azərbaycanlı Orxan Zeynalovun Moskvada İqor Şerbakov adlı gənci öldürməkdə şübhəli bilinərək saxlanmasından sonra həbs olunan, çox sayda azərbaycanlının çalışdığı Bryulova bazarının sahibi Maqamed Çurilov barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib.
İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva məhkəməsi Çurilov barədə olan həbs qətimkan qərarını ev həbsi ilə əvəzləyib.
Onunla yanaşı meyvə bazasının mühafizə xidmətinin rəhbəri Viktor Kotalevski barədə də oxşar qərar verilib.
Onların hər ikisi qanunsuz miqrasiyanın təşkilində günahlandırılır və ev həbsinin müddəti 2014-cü il 15 sentyabra qədərdir.
Qeyd edək ki, hər iki şəxs 2013-cü ilin oktyabrında həbs edilmişdi. Həmçinin meyvə bazası da sanitar tələblərə cavab vermədiyinə görə bağlanmışdı.
Həmin bazada çalışan azərbaycanlı Orxan Zeynalov İqor Şerbakov adlı gəncin ölümündə şübhəli bilinərək həbs edildikdən sonra rus milliyyətçiləri bazaya hücum edərək talan etmişdi.
Polisin keçirdiyi əməliyyat zamanı bazada əksəriyyəti azərbaycanlılar olan 1200 miqrant saxlanılmışdı.






