Təbrizin keçmiş millət vəkili, “Şəhriyar” Fondunun rəisi Əli Əsgər Şeirdust yeni Nazirlər Kabinetində azərbaycanlıların yer almamasına etiraz edib.
Axar.az xəbər verir ki, o, bu barədə “Teleqram” kanalında yazıb.
“Nazirlər Kabinetinə namizədlərin siyahısı parlamentə təqdim olunub. Burada Azərbaycanın payının sıfıra yaxın olması çox qəribə haldır. Bunun səbəbinin kökləri araşdırılmalı və analiz edilməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, İranda ikinci dəfə prezident seçilən Həsən Ruhani avqustun 8-də yeni kabinetə namizədləri parlamentə təqdim edib. Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir.






