Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğundan və davranışlarından narahatdır. Çünki 44 günlük müharibənin dayanmasına səbəb olan üçtərəfli bəyannamə əsasında bölgəyə sülhyaratma missiya kimi daxil olmuş Rusiya ordusunun sülhməramlı kontingenti üzərlərinə düşən vəzifənin öhdəsindən gələ bilmir.
Bir tərəfdən erməni silahlıları Qarabağdan bütünlüklə təmizlənməyib, digər tərəfdən sülhməramlılar onların vaxtaşırı təxribat törətməsinə göz yumurlar. Müxtəlif davranışları ilə sülhməramlılar bitərəflik prinsiplərini də pozurlar. Bu gün ölkəmizdə bu fikir hakimdir ki, rus sülhməramlıları ya öz işlərinin öhdəsindən gələ bilmir, ya da Moskvanın bölgəmizlə bağlı gizli məkrli planlarından dolayı, bir az da müəyyən geosiyasi səbəblərdən gəlmək istəmirlər.
Bəs görəsən, sadə insanlar sülhməramlıların fəaliyyəti ilə bağlı nə düşünür? Onların varlığından narahatdırlarmı?
Musavat.com olaraq bu sualla bağlı paytaxt sakinləri arasında sorğu keçirdik:
Alim Liftiyev,
Musavat.com






