Ötən əsrin sonlarından etibarən əhalinin informasiya tələbatının ödənilməsində televiziyalar əsas paya malik idisə, internet əsri olan dövrümüzdə TV-lər öz yerlərini saytlara və sosial şəbəkələrə uduzmaqdadır. Orta yaş və yaşlı təbəqə hələ də xəbəri TV- dən alsa da, gənc nəsil daha müasir imkanlardan faydalanır.
Belə ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin gündəlik informasiyaları hansı mənbələrdən əldə etdiyini öyrənmək üçün yeni sorğu keçirib. Məlumata görə, sorğu göstərib ki, rusiyalıların əksəri xəbərləri televiziya, sosial şəbəkə və bloqlardan, eləcə də ünsiyyətdə olduqları insanlarla söhbətlər zamanı əldə edir. Sorğunun nəticələrinə görə, rusiyalıların məlumat almaq məqsədilə üz tutduqları ən populyar informasiya mənbəyi televiziyadır.
Televiziya bu baxımdan sosial şəbəkələri, bloqları, xəbər saytlarını iki dəfə, radio və qəzetlər də daxil olmaqla digər informasiya mənbələrini isə dörd dəfə üstələyir. Ancaq gənclər arasında televiziya o qədər də populyar deyil. Sorğu zamanı gənc respondentlərin çoxu məlumatları internet vasitəsilə əldə etdiyini söyləyib. Bəs azərbaycanlılar xəbəri haradan alırlar?
TV Müsavat olaraq bu suala aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik. Cavablar arasında “sosial şəbəkə” deyənlər üstünlük təşkil etdi.
Alim Liftiyev
Musavat.com






