İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı xanım dünyanın zirvəsini fəth etdi: “Everest çox gözəldir” –FOTO  

1199 22.05.2023 16:46 Maraqlı A A

İlk dəfə azərbaycanlı xanım dünyanın ən hündür zirvəsini fəth edib.

Musavat.com xəbər verir ki, Himalayın ən hündür nöqtəsinə çatmaq azərbaycanlı Elmira Aslanovaya qismət olub. O, bu barədə sosial media hesabında yazıb:

“Everest-arzular gerçəkləşməlidir! Dəli və qeyri-real hesab edərək dəfələrlə rədd etdiyim bu arzu üçün uzun yol gəldim. Everest məni buraxmırdı və mən 19 may 2023-cü ildə dünyanın zirvəsinə qalxmağı bacardım. Beləliklə Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, buna görə çox xoşbəxtəm və qürur duyuram. Bu səhər mən hələ də zirvə yürüşü yolunun baza düşərgəsində idim, indi isə Katmandudayam. Bunun həqiqət olduğunu zamanla dərk edirəm. Hərçənd, bu sınaqdan çıxa bildiyimə çətinliklə inana bilmirəm.
Bir aya yaxın davam edən ekspedisiya ilə bağlı bütün emosiyaları və hekayələri daha sonra məmnuniyyətlə paylaşacağam. Bu gün isə sadəcə olaraq bu xəbəri sizinlə bölüşmək istəyirəm ki, siz də mənimlə sevinəsiniz. Everest çox gözəldir”!


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR