İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı videobloqqer erməni təbliğatını darmadağın edən videoçarx hazırlayıb

5210 12.10.2020 12:31 Son xəbər A A

Moskvada yaşayan azərbaycanlı bloqqer, Rusiyadakı diasporumuzun rəhbərlərindən biri olan İslam Hüseynov sentyabrın 27-də yenidən alovlanmış Qarabağ müharibəsinə dair videoçarx hazırlayıb. 

Müəllif ermənilərin Azərbaycana qarşı irəli sürdükləri uydurma iddiaları darmadağın edərək, əslində İraqdan və Suriyadan gətirilmiş muzdlu döyüşçülərin ermənilər tərəfində vuruşduğunu, ermənilərin hərbi əməliyyatlar zonasından 50-70 kilometr aralıda yaşayan dinc sakinləri hədəfə aldığını qeyd edir və öz videoçarxına müvafiq kadrlar əlavə edib. 

Azərbaycan həqiqətlərini rusdilli auditoriyaya müvəffəqiyyətlə çatdıran, həqiqətin nədən ibarət olduğunu öz qısa süjetində uğurla çatdıran İ.Hüseynovun videoçarxına aşağıda baxa bilərsiniz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR