İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı tələbələr dağıntılar altında qalıb? - AÇIQLAMA

1239 06.02.2023 17:46 Son xəbər A A

Türkiyənin Malatya bölgəsindəki zəlzələdə azərbaycanlı tələbələrin dağıntılar altında qaldığı ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Qafqazinfo”ya bu barədə araşdırmalar aparıldığını bildirib.

“Hazırda 4 azərbaycanlı tələbənin dağıntılar altında qalması ilə bağlı məlumatlar araşdırılır. Məlumat dəqiqləşən kimi rəsmi açıqlama veriləcək”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə İnönü Universitetində oxuyan azərbaycanlı tələbələrin dağıntılar altında qaldığı bildirilir. Hətta onların fotoları da ictimailəşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR