İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı oliqarx Xəzəri “qazmaq” üçün ortaq şirkət yaratdı, Patruşevin oğlu direktor oldu

1536 01.03.2017 17:54 Dünya A A

Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşevin oğlu Andrey Patruşev “LukOil” şirkətinin “Qazprom”la birgə müəssisəsinin direktorlar şurasının rəhbəri təyin edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə “İnterfaks” “Qazprom”a istinadən bildirir. Azərbaycanlı oliqarx Vahid Ələkbərovun “LukOil” şirkəti və “Qazprom”un yaratdığı “Sentrkaspnefteqaz” birgə müəssisəsi Xəzərdə neft-qaz hasilatı ilə məşğul olacaq. “Qazprom neft”in səhmdarlarının qərarına görə şirkətin menecerləri yeni birgə müəssisənin direktorlar şurasına daxil olublar, çünki dəniz şelfində neftqazkondensat yataqlarının işlənməsi üzrə zəruri təcrübəyə malikdirlər”-şirkət bildirir. Bununla belə Patruşevin oğlundan başqa şirkətin direktorlar şurasına daha hansı menecerlərin daxil olduğu göstərilmir.

 

37 yaşlı Andrey Patruşev Nikolay Patruşevin kiçik oğludur. 2015-ci ildə o, “Qazprom neft”in dəniz şelfinin inkişafı üzrə direktor müavini təyin olunub. Bu vəzifəni şirkətdə məhz Andrey Patruşevə görə yaradıblar. Əvvəllər isə Patruşevin oğlu “Qazprom”un Cənbi-Saxalin şelfi üzrə törəmə müəssisəsinin direktoru idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR