İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı müğənni koronavirusa yoluxdu:"Çox insanla ünsiyyətdə olmuşam..."

2008 01.07.2020 12:27 Hadisə A A

Azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirus infeksiyasına yoluxub.

Musavat.com xəbər verir ki, bu haqda ifaçı İnstaqram səhifəsində yazıb:  

"Mənə də koronavirus diaqnozu qoyuldu. İnfeksiya mənə də çatdı. Bu haqda açıq-aşkar deməzdim, hadisələri hamıya danışmağı sevmirəm. Amma son günlər çox insanla ünsiyyətdə olmuşam. Çalışıram hamıya məlumat verim. Dünən isə marketdə olmuşam. Fanatlarım yaxınlaşıb, foto çəkdirdi. Ona görə də buradan hamını xəbərdar etmək istəyirəm",- deyə ifaçı təmasda olduğu insanlara xəbərdarlıq edib.

Qeyd edək ki, Bəxtiyar Əliyev Rusiyada yaşayır və orada populyarlaşıb.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR