İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı millət vəkili: Nazir üzr istəməlidir!

2049 30.07.2018 18:33 Siyasət A A

Təhsil naziri üzr istəməlidir .

Axar.az xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri İranın Təhsil naziri Məhəmməd Bəthayinin İranda şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə dediyi sözlərə cavab olaraq deyib.

“Həssas bir nazirliyə rəhbərlik edən bir şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, - T.Kəbiri bildirib.

Qeyd edək ki, iyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR