İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı komanda Ukraynanın məşhur yarışmasına qatılıb - FOTOLAR

623 05.02.2019 21:45 Şou-biznes A A

Ukraynanın Odessa şəhərində beşinci “Liqa smixy-2019” yumor çempionatı keçirilib.

Musavat.com xəbər verir ki, 24 yanvar-4 fevral tarixlərində baş tutan yarışmada Azərbaycan ilk dəfə “Kak pо mаslu” komandası ilə təmsil olunub.

Yubiley festivalında Bakının komandası birinci turdan ikinciyə, daha sonra qala konsertə və sonda mövsüm oyunlarına vəsiqə qazanıb. Komandamız məsləhətçi olaraq Ukraynanın pop divası Olqa Polyakovanı seçib.

Beləliklə, “Kak pо mаslu” komandası 2019-cu ildə Azərbaycanı beynəlxalq teleməkanda təmsil edən yeganə komanda olub.

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR