İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı köçkünlərin vəziyyəti Britaniya parlamentinin üzvlərinin diqqətinə çatdırılıb

732 16.06.2017 17:50 Son xəbər A A

Böyük Britaniyada keçirilmiş parlament seçkilərindən sonra Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə Azərbaycanın bir milyona yaxın məcburi köçkün və qaçqınlarının acınacaqlı vəziyyəti barədə məlumatı özündə əks etdirən açıqca parlamentin yeni 650 üzvünün hər birinə göndərilib.

TEAS-dan Musavat.com-a bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan məcburi köçkün və qaçqın düşmüş azərbaycanlılara həsr olunmuş açıqcada 10 yaşlı Nəzrin Xanlarovanın foto-şəkli yer alıb. O, Pirşağa qəsəbəsindəki Qızılqum məcburi köçkün düşərgəsində anadan olub, ailəsi əslən Xocalıdandır.

TEAS-ın dəstəyi ilə həyata keçirilən məşhur alman fotoqraf Filip Ratmerin “Evə aparan beş yol” (Five Roads Back Home) foto layihəsində azərbaycanlı məcburi köçkünlərin portretləri yer alıb. Bu təsirli və emosional fotoşəkillərdə köçkünlərin üz şəkilləri qara fonda yaxın rakursdan çəkilib.

Açıqcada bütün azərbaycanlı məcburi köçkün və qaçqınların yeganə və ən böyük arzusu öz dogma evlərinə geri qayıtmaq istəyi ifadə edilir.

“Xoş arzularla” (Many Happy Returns) kampaniyası haqqında ətraflı məlumatı www.manyhappyreturn linkindən əldə etmək mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR