İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı jurnalistin sualı Qranada görüşünə DAMĞA VURDU - Mişel susdu, Borrel isə... - VİDEO

4639 06.10.2023 14:38 Siyasət A A

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel İspaniyanın Qranada şəhərində azərbaycanlı jurnalist, İctimai Televiziyanın (İTV) xəbərlər üzrə direktoru Fikrət Doluxanovun “Aİ Qarabağdan və Ermənistandan köçmək məcburiyyətində qalan 1 milyon azərbaycanlı ilə bağlı niyə 30 il niyə susub?” sualına cavab verə bilməyib.

Musavat.com xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell isə bənzər suala qısaca cavab verib və sürətlə ərazini tərk edib.

Doluxanov daha sonra Mişeldən soruşub ki, "Avropa İttifaqı niyə indi Ermənistanın adından danışır? Aİ bundan sonra tərəfsiz vasitəçi ola biləcəkmi?"

doluxanov_12_900x6701670476360.jpg (57 KB)

Fikrət Doluxanov

Azərbaycanlı jurnalistin ilk sualını cavabsız qoyan Şarl Mişel belə açıqlama verib:

“Aİ qərəzsiz vasitəçidir. Çünki bizim gizli gündəmimiz yoxdur. Bizim gündəmimiz aydındır. Bunlar regionda rifah, sabitlik, təhlükəsizlikdir. 3 il əvvəl mediasiyaya başladığımız vaxtdan bu istiqamətdə xeyli irəliləyiş əldə etmişik. Biz məhbus mübadiləsi kimi konkret nəticələr əldə etdik. Mina xəritələrinin mübadiləsi və sərhədlərin müəyyənləşdirilməsi üçün birgə komissiyaların yaradılması kimi konkret məsələlərdə irəliləyiş əldə olunub. Daha çox diplomatik səylərə ehtiyac olduğunu da anlayırıq”.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell isə  Fikrət Doluxanovun "Avropa Ukrayna, Gürcüstan və Moldovada separatizmlə mübarizə aparır. Bəs niyə Azərbaycanda bunu etmir?" sualına "edirik" deyə qısaca cavab verib və sürətlə ərazini tərk edib.

1121317.jpg (44 KB)

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də keçirilmiş beştərəfli görüşdən imtina edib. Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif və israr edirdi. Lakin bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib və Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.

Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.

Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR