İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANLI JURNALİSTİN ŞİKAYƏTİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

880 20.11.2008 06:31 Media A A
A.Məmmədovanın şikayətində göstərilib ki, 2006-cı il oktyabr ayının 16-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Hacı Məmmədov və digərlərinin işi” üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı A.Yusifov proses barədə reportajı stenoqram şəklində hazırlayıb dərc edən kütləvi informasiya vasitələri nümayəndələrinin məhkəmə iclasında iştirakının qadağan olunmasına dair vəsatət verib. Məhkəmə vəsatəti təmin edərək məhkəmə proseslərinin stenoqram şəklində işıqlandırılmasına qadağa qoyub.
Bundan bir gün sonra - oktyabrın 17-də digər dövlət ittihamçısı B.Cəfərov məhkəmədə təqdim etdiyi başqa bir vəsatətdə bildirib ki, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimovun “Azadlıq” qəzetində dərc olunmuş müsahibəsində səslənən bəzi fikirlər Hacı Məmmədova münasibətdə təqsirsizlik prezumpsiyasının pozuntusudur və buna görə də həmin qəzetin əməkdaşlarına prosesdə iştirak etmək qadağan edilməlidir. Məhkəmə bu vəsatəti də təmin edib və həmin gündən “Azadlıq” qəzetinin əməkdaşlarının məhkəmə prosesində iştirakına qadağa qoyulub.
Jurnalist məhkəmənin bu qərardadlarını fikri ifadə etmək azadlığının və məhkəmə prosesinin açıqlığı prinsipinin pozuntusu kimi qiymətləndirib. 2006-cı il noyabrın 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə informasiya sorğusu ilə müraciət edərək qərardadların surətlərinin ona təqdim olunmasını istəyib. Ancaq bu günə kimi informasiya sorğusına cavab verilməyib. Jurnalist informasiya sorğusuna cavab verilməməsinin qanunsuz sayılması barədə şikayətlə 2006-cı il dekabrın 15-də Səbayel rayon Məhkəməsinə müraciət edib. Səbayel məhkəməsi və ondan sonrakı instansiyalar şikayəti təmin etməyib. Ərizəçi Avropa Məhkəməsinə şikayətində hüquqlarının pozuntusunun tanınmasını xahiş edib.
Elçin Sadıqov 2006-cı il üçün Azərbaycan Respublikası məhkəmələrində baxılmış KİV-lə bağlı işlərin hesabatını hazırlamaq məqsədilə 2007-ci il fevralın 14-də Ali Məhkəməyə informasiya sorğusu ilə müraciət edib. Sorğuda E.Sadıqov 2006-cı il ərzində Ali Məhkəmə tərəfindən informasiya əldə etmək azadlığı, fikir azadlığı, təhqir və böhtan iddiaları üzrə baxılan işlərlə əlaqədar çıxarılan məhkəmə qərarlarının ona göndərilməsini xahiş edib. Ali Məhkəmə ərizəçinin sorğusuna cavab verməyib. Ərizəçi Ali Məhkəmənin hərəkətsizliyinin qanunsuz sayılması barədə 2007-ci il martın 16-da Yasamal rayon Məhkəməsinə şikayət verib. İddia rədd olunub. Ərizəçinin apelyasiya və kassasiya şikayətləri də rədd edilib. E.Sadıqov hesab edir ki, bu iş üzrə Azərbaycan məhkəmələrinin çıxardığı qərarlar ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququna əsassız müdaxilədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR