İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı İŞİD-çilərin ŞOK ƏMƏLLƏRİ - Ölən terrorçuların ailələrinə... - FOTO

1174 03.08.2023 14:50 Kriminal A A

İŞİD terror təşkilatının sıralarına qoşularaq döyüş təlimlərində iştirak etməkdə və terrorçuluğun maliyyələşdirilməsi cinayətində ittiham olunan Mircəlal və Mircavid Salahov qardaşlarının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Musavat.com xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 9-na təyin edilib.

İttihama görə, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində İŞİD terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib. Daha sonra o, İŞİD terror təşkilatında mühasib kimi fəaliyyətə başlayıb, bu müddət ərzində silahlı münaqişələrdə iştirak edən həmin terror təşkilatının üzvlərinə və onların ailələrinə aylıq pul vəsaitləri və ərzaq təminatının verilməsi, silahlı münaqişələr zamanı yaralanmış təşkilat üzvlərinə və həlak olmuş şəxslərin ailələrinə maddi yardımların ayrılması işinin təşkili istiqamətində fəaliyyət göstərib.

Cinayət məsuliyyətindən yayınmaq məqsədilə bir müddət digər ölkələrdə gizlənib.

Həmçinin müəyyən edilib ki, Mircavad Salahov İŞİD terror təşkilatına qardaşı Mircəlal Salahov tərəfindən cəlb olunub. Mircəlal Salahov terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

Mircavad Salahov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmə), Mircəlal Salahov Cinayət Məcəlləsinin 283-1.1 və 283-1.3-cü (ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb etmə və belə silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Salahov qardaşları bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanıblar.

WhatsApp Image 2023-08-03 at 14.11.42.jpeg (230 KB)

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR