İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamından Ukrayna əhalisinə BÖYÜK DƏSTƏK   FOTO VİDEO

1777 25.03.2022 15:32 Son xəbər A A

Azərbaycanlı iş adamı, Odessada yerləşən "Veçerniy Baku" restoranının sahibi Şamil Quliyev əhaliyə pulsuz çörək və ərzaq paylanmasını təşkil etməkdə davam edir.

Musavat.com xəbər verir ki, sözügedən restoran gündəlik olaraq yerli sakinlərə 1200-dən çox pulsuz çörək paylayır. 

Bundan əlavə şəhərdəki bir doğum evi də restoran tərəfindən himayəyə götürülüb. Bu restorandan həmin doğum evinə gündəlik olaraq 50 nəfərlik yemək göndərilir. Eyni zamanda başqa şəhərlərdən Dəmir yolu vağzalına gələn ukraynalı köçkünlərə də yardım göndərilir.

Qeyd edək ki, "Veçerniy Baku" Odessada uzun illərdir fəaliyyət göstərir. Ağcabədi rayonundan olan Şamil Quliyev eyni zamanda "Dopomoqa" xeyriyyə fondunun da sahibidir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR