İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı hakimlər UEFA Gənclər Liqasının oyununa təyinat alıb

423 30.09.2018 23:58 İdman A A

Azərbaycanlı FIFA referisi Rəhim Həsənov növbəti beynəlxalq təyinat alıb.

"Report" xəbər verir ki, Həsənov Belarusda "Minsk" və Macarısyanın "İlles Akademia" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Namiq Hüseynov və Mübariz Həşimov yan xətt hakimləri qismində yardımçı olacaqlar. Belaruslu Viktor Şımusik dördüncü hakim, Oleq Çıkun hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oktyabrın 3-də Minskdəki "Traktor" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR