İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı futbolçu kimsəsiz uşağı təhqir edərək ona əl qaldırdı - VİDEO

1326 29.04.2023 13:10 Hadisə A A

Futbol üzrə Azərbaycan milli komandasının formasını geyinmiş Araz Abdullayev yeniyetməni təhqir edərək ona əl qaldırıb.

Musavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Ağ Şəhərdə baş verib.

Məlumata görə, 30 yaşlı futbolçu yeniyetməni əvvəlcə itələyib, daha sonra onu təhqir edərək şillələyib.

Hadisə idmançı "TikTok" sosial şəbəkəsində canlı yayımda olarkən baş verib.

Qeyd olunur ki, idmançının hücum etdiyi oğlan kimsəsizdir və o, maddi vəziyyəti aşağı olduğu üçün təkər qaraltmaqla məşğuldur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanladıq.

Qurumun mətbuat xidmətindən Nurlan Əliyev cavab olaraq bildirdi ki, görüntülərdən məlumatlıdırlar. Araşdırma aparılır.

Sözügedən görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR