AZƏRBAYCANLI DEPUTATLAR ŞTRASSERİ “AZADLIQ” QƏZETİNİ MƏHKƏMƏYƏ VERMƏYƏ ÇAĞIRDI
APA-nın məlumatına görə, müraciətdə deyilir: “AŞ PA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin siyasi məhbuslar üzrə məruzəçisi, cənab Kristof Ştrasserin ”Azadlıq" qəzetinin 28-29 oktyabr 2011-ci il tarixli saylarında “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı altında müsahibəsi çap edilib. Müsahibədə tək Azərbaycan hakimiyyətinə qarşı deyil, eyni zamanda AŞ PA-nın və Hüquq Məsələləri və İnsan hüquqları Komitəsinin üzvlərinə, eləcə də Almaniya Bundestaqının üzvlərinə qarşı ciddi ittihamlar irəli sürülüb. Cənab Ştrasser müsahibədə 5 oktyabr 2011-ci il tarixdə Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin siyasi məhbuslar üzrə məruzənin adının dəyişdirilməsi ilə bağlı komitənin böyük əksəriyyətinin lehinə və iki səs əleyhinə olmaqla qəbul edilmiş qərarı ilə razılaşmadığını bildirib və bu qərarın onun iştirakı olmadan qəbul edildiyini deyib".
Müraciət müəllifləri daha sonra bəyan edib: “”Azadlıq" qəzetinin 28-29 oktyabr tarixli saylarında deyilir ki, “Avropalı deputat (Ştrasser) Azərbaycan hökumətinin oyunlarını ifşa edib”. Belə ki, qəzetin həmin saylarında nəşr edilmiş müsahibədə cənab Ştrasser Avropanın müxtəlif ölkələrindən, o cümlədən Almaniyanın Berlin şəhərindən olan keçmiş deputatları açıq-aşkar mütəşəkkil cinayət əməllərinin təzahür formalarından biri olan korrupsiyada günahlandırır. O iddia edir ki, “Azərbaycana lobbiçilik edənlər AŞ PA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvlərinə rüşvət vermək üçün çoxlu səylər göstərirlər”... Obyektivlik naminə bildirməliyik ki, cənab Ştrasserin saytında onun “Azadlıq” qəzetinə heç vaxt müsahibə vermədiyi bildirilib".
Deputatlar Azərbaycana qarşı irəli sürülən əsassız və qərəzli ittihamlardan sonra, ölkəyə səfər etmədən və hər hansı ciddi faktaraşdırıcı missiya olmadan, nəhayət, Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində hər hansı müzakirə aparılmadan rəsmi şəkildə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurası adından öz şəxsi anti-Azərbaycan mövqeyini ortaya qoyan cənab Ştrasserin məruzəçi qismində bitərəf arbitr kimi obyektiv mövqe nümayiş etdirəcəyinə inanmadıqlarını və onunla əməkdaşlığın mümkün olmayacağını bəyan edib: “Hesab edirik ki, belə bir məzmunda müsahibənin nəşrindən sonra cənab Ştrasserin məruzəçi mandatından imtina etməsi daha düzgün olardı. Digər tərəfdən, cənab Ştrasserin ”Azadlıq" qəzetinə heç vaxt müsahibə vermədiyini bildirdiyini nəzərə alaraq, AŞ PA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin məruzəçisinin belə formada təkzib verməsinin kifayət olmadığını bildiririk. Hesab edirik ki, cənab Ştrasser hüquqi müstəvidə məsələyə aydınlıq gətirmək məqsədilə müvafiq məhkəmədə “Azadlıq” qəzetinə qarşı iddia qaldırmalı, məhkəmədə bu qəzetə heç bir müsahibə vermədiyini, çap edilmiş müsahibədə irəli sürülən əsassız və qeyri-obyektiv iddiaların müəllifi olmadığını sübuta yetirməlidir".
Məsələ ilə əlaqədar müraciət etdiyimiz “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid öncə qeyd etdi ki, qəzetinin növbəti sayında bu mübahisənin nədən yarandığı təfsilatı ilə qeyd olunacaq: “O ki qaldı Ştrasserə, kiminsə məsləhətinə, hətta qışqırmaq həddində göstəriş verməyinə, o, mənim yox, Ştrasserin məsələsidir”. Q.Zahid məhkəmə ilə bağlı məsələdən narahat olmadığını bildirdi: “Özü bilər, istəyər məhkəməyə verər, istəyər verməz. Hər halda, bizim də ortalığa qoyacaq hansısa arqumentlərimiz var”. Baş redaktor qəzetin Ştrasserdən müsahibə götürmədiyi barədə iddialara bu şəkildə reaksiya verdi: “Bizim də bu məsələ ilə bağlı bir bəyanatımız olacaq və mətbuatda yayılacaq. Məsələ heç də o şəkildə deyil. Mən etiraf edirəm ki, bu məsələdə bir dolaşıqlıq var. Amma məsələ cənab Ştrasserin bəyan etdiyi kimi də sadə deyil”. Elə isə burda azərbaycanlı deputatlar haqsızdır, yoxsa Ştrasser? Q.Zahid: “Burda bizim də haqlı olduğumuz məqam var, Ştrasserin də. Kənardan kimsə Ştrasserə nə məsləhət görürsə, mən bu barədə heç nə deyə bilmərəm. Amma qəzetdə əksini tapan fikirlər tamamilə və bütövlükdə cənab Ştrasserə məxsusdur”.