İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı deputat və atası Nikolayevdə yardım aksiyasına başçılıq edir 

661 27.07.2022 09:48 Region A A

Nikolayev Ukraynada savaşın cənub tərəfdən ön xəttində olmasına baxmayaraq, dövlət vaxtaşırı vətəndaşların qayğısına qalmağı bacarır.

Ukraynada akkreditasiya olunmuş müxbirimiz Anar Natiqoğlunun Musavat.com-a verdiyi məlumata görə, son 2 həftə ərzində 2 min ailəyə humanitar yardım paylanılıb.

Bu, əsasən ərzaq paketi, gigiyena vasitələri və körpə uşaqlara zəruri məhsullar olub. Bu aksiyalar 15 hündürmərtəbəli binanın və şəxsi həyət evlərinin sakinlərini əhatə edib.

Sevindirici haldır ki, bu tədbirlərə həmyerlimiz, şəhər Radasının deputatı Ramil Ağabəyov başçılıq edir.

Xatırladaq ki, gənc deputat savaşın ilk günlərindən əslən Salyan rayonundan olan atası Zaur Ağabəyovla birgə həm ordunun qidalanması məsələsində, həm də şəhər əhalisinin içməli su sıxıntısı yaşadığı günlərdə iş başında olub, vətəndaşların və müdafiəçilərin qayğısına qalıb. Buna görə ata və oğul Nikolayev meri tərəfindən fəxri fərmanla təltif olunublar.

Slava Ukraine!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR