İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı aparıcının sözləri erməniləri özündən çıxartdı (VİDEO)

7775 28.10.2013 17:53 Siyasət A A
Rusiyanın “Birinci kanal”ının azərbaycanlı aparıcısı İradə Zeynalovanın “Voskresnoe” informativ-analitik proqramının dünən efirə gedən bölümü Ermənistanda etiraza səbəb olub. “Qafqazinfo”  xəbər verir ki, erməni mətbuatı dövlət tərəfindən maliyyələşən bir kanalda ölkənin Gömrük İttifaqına qoşulması və onun Avroasiya inteqrasiya prosesində iştirakı ilə bağlı dezinformasiya getdiyini iddia edib. Erməni mətbuatını hiddətləndirən isə İradə Zeynalovanın bu günlərdə Minskdə keçirilən Ali Avrasiya İqtisadi Şurasının toplantısı ilə bağlı verdiyi şərh olub:

“Axı hər şeydən əvvəl Gömrük İttifaqı bərabər öhdəliyi olan ölkələrin birliyidir. Buna görə də Ermənistanın buraya qoşulmaq istəyinə cavab olaraq bildirdilər ki, yaxın perspektivdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla həll edilməmiş ərazi məsələsinə görə bu, elə arzu olaraq da qalacaq”. 

Erməni mətbuatı dövlətin hesabına maliyyələşən bir kanalda belə bir ifadənin yer almasına “millətçi” Azərbaycan əsilli aparıcının səbəb ola biləcəyini də istisna etməyib.

Ermənistan XİN-i də məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidməti açıqlamasında deyib ki, sammitdəki müzakirələr və nəticələr Ermənistan prezidentinin və sammitdə iştirak edən digər dövlət başçılarının rəsmi saytlarında yerləşdirilən press-relizlərdə əks olunub. Həmin press-relizlər və sənədlər yeganə rəsmi və etibarlı informasiya mənbəyidir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR