İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanla oyunda 14 qol imkanından istifadə edə bilmədik”

1720 10.10.2016 19:07 İdman A A
“Azərbaycana uduzduğumuz üçün çox məyusuq. İndi bunu müzakirə etmək üçün vaxtımız yoxdur".

Qol.az-ın məlumatına görə, bu sözləri Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo yerli mətbuata müsahibəsində deyib.

O, DÇ-2018-in seçmə mərhələsində millimizə uduzduqları oyunu bir daha xatırlayıb:

“Bakıda bəxt bizim tərəfimizdə deyildi. Daha çox cinahlardan hücumlar qururduq. Rəqib qapımıza cəmi bir zərbə vurdu, o da qol oldu. Bizim isə 14 qol imkanımız olsa da, istifadə edə bilmədik”.

Hoqmo sabah San Marino ilə oyunda qələbə qazanacaqlarına inandıqlarını deyib:“Ardıcıl iki məğlubiyyətdən sonra bizə yalnız qələbə lazımdır. Qalib gələcəyimiz halda komandada psixoloji durum qaydasına düşə bilər". 

Qeyd edək ki, Bakıda yığmamıza uduzan Norveç millisi hazırda qrupda 5-ci pillədədir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR