İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Britaniya arasında diplomatik münasibətlərin 30 illiyi Londonda qeyd edilib FOTOLAR

442 08.04.2022 12:15 Dünya A A

Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 30 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq ölkəmizin Londondakı Səfirliyində Mühafizəkarlar Partiyasına bağlı Xarici Siyasət Məsələləri Şurasının (Şura) üzvlərinin iştirakı ilə tədbir keçirilib.

Musavat.com APA-nın Britaniya bürosuna istinadən xəbər verir ki, “Azərbaycan-Birləşmiş Krallıq: diplomatk münasibətlərin 30 illiyinin və möhkəm əməkdaşlığın qeyd edilməsi” başlığı altında keçirilmiş tədbirdə adıçəkilən Şuranın rəhbərliyi və 40-a yaxın üzvü iştirak edib.

Tədbirdə səfir Elin Süleymanov və Şuranın himayədarlarından olan, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson çıxış edib.

Səfir Elin Süleymanov qonaqları salamlayaraq, Səfirlik və Şura arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

O, ölkələrimiz arasında son 30 il ərzində təsis edilmiş çoxşaxəli və dinamik əməkdaşlığın daha da dərinləşdirmək əzmini ifadə edib.

Azərbaycan və Böyük Britaniya arasında enerji əməkdaşlığı başda olmaqla beynəlxalq təhlükəsizlik, iqtisadi-ticarət, humanitar-təhsil sahələrində faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu diqqətə çatdırıb, hər iki ölkənin xüsusilə enerji sahəsində səmərəli əməkdaşlığının regionun enerji mənzərəsini dəyişdiyini vurğulayıb.

Baronessa Emma Nikolson mart ayında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycana faydalı səfər etdiyini qeyd edib.

Son 30 ildə ölkələrimiz arasında sağlam, sarsılmaz və möhkəm tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb.

O, ölkəmizin beynəlxalq rolunun artmasında və Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəmlənməsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb.

Azərbaycan və Böyük Britaniya münasibətlərinin özünün sabitliyi ilə fərqləndiyini, ölkəmizin təşəbbüsü ilə reallaşdırılmış enerji layihələrinin əhəmiyyətinin daha da artdığını qeyd edib.

Yeni qurulmuş Azərbaycan-Britaniya Ticarət Palatasının ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsində rol oynayacağını diqqətə çatdırıb.

O, hazırda Ukraynadakı vəziyyətin yaratdığı yeni şəraitdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinin artdığını deyib.

Baronessa Emma Nikolson Azərbaycanın dostu olduğunu və ölkəmizin zəngin mədəni irsinə və incəsənətinə olan heyranlığını da vurğulayıb.

Çıxışların ardınca Şura üzvlərinin Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əməkdaşlıq, iqtisadi imkanlar, təhsil, regional məsələlər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanları ilə bağlı sualları cavablandırılıb.

Mühafizəkarlar Partiyasına bağlı olan Xarici Siyasət Məsələləri Şurası beynəlxalq və xarici siyasət məsələlərinə maraq göstərən mühafizəkarları bir araya gətirən platforma kimi fəaliyyət göstərir.

Şuranın himayədarlar şurasında Mühafizəkarlar partiyasının sabiq nüfuzlu nümayəndələri, o cümlədən baş nazirlər, xarici işlər nazirləri və tanınmış siyasi xadimlər təmsil olunur.

Aytən ABBASLI,
APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR