İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın vitse-spikerinin və səfirinin Moldova mediasında soyqırımla bağlı yazıları dərc olunub

330 31.03.2021 18:20 Son xəbər A A

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür. Bununla bağlı Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun Moldovanın nüfuzlu “noi.md” xəbər portalında "В Азербайджане высоко чтят память жертв геноцида" başlıqlı məqaləsi dərc edilib.

Məqalədə daşnak-bolşevik birləşmələrinin 1918-ci ildə Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alır.
Məqaləni linkə keçid edərək oxuya bilərsiniz: https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida

Milli Məclisin sədr müavini Adil Əliyevin “31 МАРТА - ДЕНЬ ГЕНОЦИДА АЗЕРБАЙДЖАНОВ” adlı məqaləsi isə Moldovanın nüfuzlu informasiya agentliyi olan tribuna.md saytında dərc edilib. Məqalə 31 Mart Soyqırımı Gününün 103-cü il dönümünə həsr edilib. Müəllif məqalədə ilk olaraq 1918-ci ildə nə üçün erməni-bolşevik silahlı birləşmələri tərəfindən 50 min azərbaycanlının öldürülməsi sualını qoyur. Daha sonra hadisələri tarixi aspektdən təhlil edir və soyqırım haqqında çoxşaxəli yanaşma təqdim edir.
Həmçinin, deputat soyqırımı cinayətinin hüquqi əsası barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı da xatırladır. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Son olaraq qeyd edilir ki, həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilmişdir. Fərmana əsasən, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Məqaləni linkə keçid edərək oxuya bilərsiniz: https://tribuna.md/ru/2021/03/31/ru-31-%d0%bc%d0%b0%d1%80%d1%82%d0%b0-%d0%b4%d0%b5%d0%bd%d1%8c-%d0%b3%d0%b5%d0%bd%d0%be%d1%86%d0%b8%d0%b4%d0%b0-%d0%b0%d0%b7%d0%b5%d1%80%d0%b1%d0%b0%d0%b9%d0%b4%d0%b6%d0%b0%d0%bd%d1%86%d0%b5%d0%b2-2/

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR