İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın titullu idmançısı: “Heç kimə belə bir tale arzulamıram”

637 19.04.2022 16:10 İdman A A

“Dopinqə düşdükdən sonra karyeramı bitirməmişdim. Bunu jurnalistlər fikirləşmişdilər. Mən heç vaxt bu barədə danışmamışam”.

Bunu Oxu.Az-a açıqlamasında ağırlıqqaldırma üzrə millimizin üzvü Anastasiya Mum deyib.

2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan, daha sonra dopinqə düşdüyü üçün bu medaldan məhrum edilən Anastasiyanın dörd illik cəzasının müddəti başa çatıb.

O artıq bu ay keçirilən Azərbaycan çempionatında birdən qaldırmada 83 kq, təkanla qaldırmada 104 kq-ın öhdəsindən gələrək qızıl medal qazanıb. Qazaxıstan əsilli idmançı geridönüşü barədə bunları deyib:

“Heç kim inanmırdı ki, mən yenidən qayıdıb idmana davam edəcəyəm. Çünki yaş amili və dörd illik cəza onlara belə deməyə əsas verirdi. Ancaq mən ərə getdim, uşaq doğdum, indi də idmana qayıtmışam. Ümumiyyətlə, baş verənlərə görə heç də Allaha asi deyiləm. Əlhəmdülillah, deməli, belə olmağı məsləhət imiş.

Bəzən nəsə baş verəndə şikayətlənirik ki, niyə belə oldu. Ancaq daha sonra başa düşürsən ki, bəlkə də dopinqə düşməsəydim, ailə qurmayacaqdım, may ayında üç yaşı tamam olacaq uşağımı dünyaya gətirməyəcəkdim. Əsas məsələ ailədir ki, o da məndə var. Bu da mənə idmanla məşğul olmağa güc verir. Yəqin, Allahın kəraməti bu imiş. Heç kimə belə bir tale arzulamıram. Bəlkə də kimsə mənim durumumda olsaydı, idmançı karyerasını başa vurmuşdu. Bütün yaxşı idmançılarda belə enişli-yoxuşlu anlar olur”.

Qeyd edək ki, idmançı əvvəllər Azərbaycan adından Anastasiya İbrahimli adı ilə çıxış edib. Anastasiya 2015-ci ildə 23 yaşadək idmançılar arasında Avropa çempionu olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR