İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın teatr tamaşaları Özbəkistan teatrlarında səhnələşdiriləcək

768 14.03.2023 12:24 Mədəniyyət A A

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda səfərdə olan İrəvan Dövlət Dram Teatrının rəhbəri, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevlə görüşüb.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə Səmərqənd şəhər Katta Kurqan Teatrının rəhbəri, tanınmış rejissor Batır Tuqalov və Özbəkistan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin teatr və sirk sənətinin inkişafı departamentinin rəhbəri Şorustam Abidov da iştirak edib.

Görüşdə Azərbaycan-Özbəkistan arasında teatr sənəti sahəsində əməkdaşlıq, Azərbaycan əsərlərinin Özbəkistan teatrlarında səhnələşdirilməsi, Azərbaycan teatr müəssisələri ilə əlaqələrin genişləndirilməsi, rejissor və artistlərin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması məsələləri razılaşdırılıb.

Müzakirələrdə 2023-cü il Heydər Əliyev ili, Heydər Əliyev və Şərəf Rəşidov, Nizami Gəncəvi və Əlişir Nəvai obrazlarının yaradılması, habelə Qərbi Azərbaycanla bağlı həqiqətlərin yayılması məqsədi ilə İrəvan Dövlət Dram Teatrının iştirakı ilə Özbəkistan səhnəsində sözügedən mövzularda Azərbaycan müəlliflərinin əsərlərinin səhnəyə qoyulması və birgə layihələrin həyata keçirilməsi razılaşdırılıb.

Sonda qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində milli mədəniyyətimizin təbliği ilə əlaqədar görülən işlər, yaradılan muzeylər, teatr tamaşalarının nümayişi məqsədi ilə mövcud şəraitlə yaxından tanış olublar.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR