İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın şimalının bölüşdürülməsi niyyəti barədə şok tarixi faktlar - FOTOLAR

3596 16.06.2017 18:30 Yaşam A A

“Xəzəryanı ərazini Rusiyaya, Gəncə zonasını ermənilərə, Zaqatala bölgəsini gürcülərə vermək niyyəti var idi”

Tarixçi alim ermənilərin Azərbaycan əhaliyə qarşı törətdiyi dəhşətli hadisələrdən danışdı: “Opera və Balet Teatrında 14 nəfərin ürəyi partlayıb, orada 2500-dən çox adam əsir saxlayıblar”; “qırğınların qurbanlarının sayı 300 minə yaxındır”

“Biz desək ki, burada heç erməni yaşamayıb və yalnız 19-cu əsrin əvvəllərindən etibarən yaşayıb, bu düzgün olmaz”.

AMEA Şəqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində mətbuat nümayəndələri üçün keçirilən kurslarda söylədi. Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər) mövzusunda mühazirə söyləyən tarixçi alim ermənilərin bizim torpaqlarımızda məskunlaşmasının sasanilər dövründən başlandığını vurğuladı: “Ermənilər çox çevik millətdirlər, harada fayda görürdülərsə, oraya meyl edirdilər. Onlar həmişə burada alver ediblər, Qarabağın dağlıq hissəsində yaşayıblar. Məsələ burasındadır ki, Azərbaycan da İran imperiyasının daxilində idi, İran şahları isə daim köçürülmə siyasəti aparıblar, erməniləri də sasanilərin dövründə bu ərazilərə köçürüblər və onlara torpaq veriblər. Amma ermənilər gəlmə, köçürülmə millətdirlər, onlar oturuşmuş millət olmayıblar. Hara gəliblərsə, kök salıblar, maliyyə mənbələrini ələ keçiriblər. Daha sonra isə ermənilərə rus imperiyası sahib çıxıb. Tarixən gürcülər Qafqazda siyasi fon verən millət olub, iqtisadi baxımdan isə ermənilər öndə olub. İran və Türkiyədən köçürüldüyü üçün onların Rusiya qarşısında öhdəlikləri olub. Hara gəliblərsə, gürcülərdən fərqli olaraq, onlara məktəblər tikiblər, iqtisadiyyatda üstün mövqelər veriblər. Tədricən ermənilərdə belə bir rəy yaradılıb ki, onlar digərlərindən üstün millətdir. Ona görə ermənilərə gürcülərin də münasibəti normal deyildi”.



““Difai” Partiyası 34 nəfər rus çinovniki öldürmüşdü”

Ötən əsrin əvvəllərində ermənilərin törətdiyi kütləvi qırğınlar barədə danışan Solmaz Rüstəmova dedi ki, 1905-07-ci illərdəki hadisələrdən azərbaycanlılar qalib çıxıb, məğlub olmayıb: “Heç vaxt hesab etməyin ki, azərbaycanlılar yazıq millət olub, aciz olub, heç bir müqavimət göstərməyib. Hətta 1918-ci ilin Şamaxı qırğınlarında ermənilər qışqıra-qışqıra gedirmişlər ki, “indi 1905-ci il deyil, Nikolay da yoxdur”. Tarixçi alim 1905-ci ildə azərbaycanlıların ermənilərə uduzmadığını bildirdi: “O dövrdə kortəbii surətdə azərbaycanlıların silahları var idi”.

S.Tohidi dedi ki, “Daşnaksütyun”a cavab olaraq yaradılan “Difai” Partiyası 34 nəfər rus çinovniki öldürmüşdü. Alim bu hadisələri rusların törətdiyi barədə oturuşmuş fikrin yanlış olduğunu bildirdi. Ancaq qeyd etdi ki, Rusiya hakimiyyəti bu hadisələrin qarşısını almadı. “Rusiya hökuməti hətta 1903-cü ildə erməni kilsəsinin qarşısını almaq üçün addımlar atmışdı. Qarabağda erməni tərəfə çox kömək ediblər. Amma rus hökuməti azərbaycanlılara da yardım edib”.

Bu hadisələrdən dərs almalı olduğumuzu deyən tarixçi alim dedi ki, ermənilər də 1905-ci ildən özünəməxsus dərs aldı: “Onların dərsi bundan ibarət oldu ki, azərbaycanlılara qalib gəlməkdən ötrü gərək onları tərksilah edəsən. 1988-ci ildə də bir-iki hadisə olan kimi, azərbaycanlıların silahlarını yığmağa başladılar. Üstəlik də ermənilər dərs aldı ki, gərək hakimiyyəti ələ keçirəsən, ya da hakimiyyət nümayəndələri ilə yaxın əlaqə qurasan”.
S.Tohidi qeyd etdi ki, ilk dəfə bizim xalqla bağlı “azərbaycanlılar” ifadəsi 1899-cu ildə işlədilib. İran azərbaycanlıları isə İran azərbaycanlıları kimi təqdim olunub.

Araşdırmaçı alim ardınca Cümhuriyyət qurucularının keçdiyi yollardan bəhs etdi: “1917-ci ilin aprelində Azərbaycanda Qafqaz Müsəlmanları Qurultayı keçirildi. May ayında isə 10 gün ərzində Ümumrusiya müsəlmanları qurultayı keçirildi. Məhəmməd Əmin Rəsulzadə o qurultayda azərbaycanca çıxış edib. Hətta onun şəxsiyyətinin böyüklüyünü görürlər və 800-ə yaxın iştirakçı onun tezislərinə səs verib. M.Ə.Rəsulzadə deyir ki, Rusiya böyük binadır, orada hər xalq öz otağına yığışmalıdır. Orada Azərbaycan milli ərazi muxtariyyəti tələbi irəli sürüldü. Burada artıq Azərbaycanın ayrılması məsələsindən bəhs olunurdu”.

b0308d49-ed0b-462a-b7fc-7653c0103b4b.jpg (152 KB)

Tarixçi qeyd etdi ki, türk düşməni Stepan Şaumyanın Bakıya gəlməkdə məqsədi Bakı neftini ələ keçirmək idi: “Bakının bizim paytaxtımız olmasında bizim milli qüvvələrin, M.Ə.Rəsulzadənin və digərlərinin çox böyük əməyi var. Çox təəssüf ki, bunu bu gün heç kəs demir, yəqin ki, 100 illik ərəfəsində danışacağıq.

S.Şaumyana göndəriblər ki, get Qafqazda sovet hökumətini qur! Gürcüləri bütün dünya dəstəkləyir. Bəzən deyirlər ki, bizimkilər Cümhuriyyəti saxlaya bilmədilər. Bəs, gürcülər niyə saxlaya bilmədi?

N.Nərimanovla bağlı danışarkən “kaş Nərimanov səviyyəsində 5 nəfərimiz olaydı” dedi.

Cümhuriyyətin siyasətinə baxanda görürük ki, 5-10 nəfər adam Cümhuriyyəti yaşatmaq üçün necə geniş prizmadan baxırmışlar proseslərə. Bakının neft sənayesinin başına 19 il Qukasyan qardaşları dayanırdı. Bakını heç kəs Azərbaycan şəhəri saymırdı. Rus ordusunda külli miqdarda erməni generalları var idi. Həmçinin rus ordusunda çoxlu sayda erməni əsgərləri var idi ki, onları Bakıya çağırdılar. Erməni generalları külli miqdarda silah-sursatlar göndərdilər. Birinci Dünya Müharibəsində cəmi 200 nəfərimiz vuruşurdular. Bizimkiləri əsgər aparmırdılar. Ancaq ermənilərin 4 ildir nizami ordusu var idi. Hərə 2-3 silahla gəlir, üstəlik onlara bolşeviklər və Peterburqdan erməni generallar toplar göndərir. Yaradılan Qızıl Ordunun 70 faizi erməni idi. Təkcə Daşnaksütyunun 4 min erməni əsgəri var idi. Məqsəd Bakıda hakimiyyəti ələ keçirmək idi. Hətta Bakıdan Nərimanov və digərlərini çıxardılar, onlar Lənkərana getdi və orada ordu yaradılması üçün işlərə başladılar. Bu zaman azərbaycanlıların 4 fraksiyası var idi, parçalanma mövcud idi”.

S.Tohidi dedi ki, mart qırğınları bir həftə çəkdi: “Əllərdə siyahılar ev-ev zənginlərin mənzillərini gəzdilər, görünməmiş talanlar, qırğınlar oldu. Hamı bilirdi ki, bu şəhərdə nələrsə olacaq, bu, azərbaycanlılar üçün gözlənilməz deyildi. Bakıda yalnız Topçubaşov qalıb, o da iki ay imiş xəstə yatırmış. M.Ə.Rəsulzadə və N.Nərimanov burada olmayıb. Onlar ya Tiflisdə, ya Gəncədə olub. M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi “Açıq söz” qəzeti müraciət edib ki, təxribatlara uymayın, silahımız, hazırlığımız yoxdur. Məqsəd mümkün qədər Azərbaycan milli qüvvələrini zəiflətmək idi. Qafqaz üzrə seçki keçirilmişdi, amma Müsavat birinci yeri tutmuşdu. Şaumyan da Müsavatın Qafqazın ən böyük partiyası olduğunu etiraf edib. Ortada Xəzəryanı ərazini Rusiyaya, Gəncə zonasını ermənilərə, Zaqatala bölgəsini isə gürcülərə verilməsi niyyəti var idi”.

Alim bildirdi ki, Şamaxıda daha dəhşətli qırğın olub: “Ermənilər iki dəfə hücum edib, məqsədlərinə nail olublar.

İlk hücumda azərbaycanlılar ciddi müqavimət göstərir, ermənilərdən də qırırlar. Belə olan təqdirdə ermənilər barışıq təklifi ilə çıxış edirlər. Bir gün keçir, ikinci gün ermənilər gecəyarısı yenidən azərbaycanlıların üzərinə hücuma keçib. Bu zaman rus malakanları da ermənilərə kömək edib. Daşnaksütyun üzvü Balabek Lalayevin - onu və arvadını bizimkilər 1905-ci ildə məhv etmişdilər - oğlu Stepan Lalayevin rəhbərlik etdiyi silahlı dəstə Şamaxıya hücum edib, dəhşətli qırğınlar törədib. Sonradan milli hökumət Lalayevi ingilislərdən təhvil ala bilib.

Hətta məscidə od vurub içəridəki insanları diri-diri yandırıblar. Ermənilər Şamaxını və 110 kəndinı darmadağın ediblər. 10 min 341 nəfər öldürülüb. Şamaxının 27 min sakinindən 21 mini müsəlman imiş. Amma Şamaxıda cəmi 1700 əhali qalıb. Sağ qalan əhali dağılışıb ətraf bölgələrə”.

Quba qırğını-yəhudilərin kütləvi qırğını olmayıb

Quba qırğını barədə danışan tarixçi alim bildirdi ki, əhali 3 gün vuruşub. Amma 3 minlik erməni qoşunu Qubaya girib və 9 gün ərzində görünməmiş qırğın törədiblər. “Qubada isə yəhudilərin kütləvi qırğını olmayıb. Yəhudilər arasında da itkilər olsa belə, kütləvi qırğın olmayıb. Bolşeviklərin yarısı yəhudilər idi, onlar gedib yəhudiləri qıra bilərdi? Ləzgiləri, tatları qırıblar, amma yəhudilər ayrıca hədəf olmayıb”-Solmaz xanım əlavə etdi.

Soyqırım nəticəsində 300 minə yaxın insanımız məhv olub

Azərbaycanlılara qarşı törədilən soyqırımı zamanı qətlə yetirilənlərin sayı barədə müxtəlif rəqəmlərin olmasına diqqət çəkən tarixçi alim bunları bildirdi: “Ümumi şəkildə 50 min adam öldürüblər. Bu hadisələrdən sonra güclü epidemiya başlayıb. Bu hadisələrdə soyuqdan, xəstəlikdən qırılanların saylı daha çoxdur, 300 minə yaxın əhalinin qırıldığına inanıram”.

“Ermənilər niyə qırğınları başa çatdırmadılar? Niyə Qubada yalnız 9 gün qala bildilər? Niyə qırğın Bakıda 7 gün çəkdi?” suallarına gəldikdə, Solmaz Tohidi burada bir sıra amillərin rolunun olduğunu bildirdi. Dedi ki, o dövrdə Zaqafqaziya Seyminin administrativ mərkəzi olmuş Tiflisdə 1 milyardlıq hərbi sursat olub. Azərbaycan oradan 500 dənə tüfəng də ala bilməyib. Çünki deyiblər gedin rus eşalonlarının qarşısını kəsin, ordan silah alın! Ona görə də bizim qüvvələr Şamxor stansiyasında eşalonlaırn qarşısını kəsib deyiblər tüfəngləri, topları təhvil verməlisiniz. Bu zaman 3 gün Şəmkir döyüşləri olub. Qəzəbli ruslar Bakıya qayıdıb, onlara deyiblər ki, Bakıda xristianları qırırlar. Rus qoşunu Bakını gülləboran etməyə başlayıb. Sonra həqiqəti biliblər ki, xristian yox, müsəlman əhalisi qırılır. Belə olduqda ruslarda ibarət Türküstan ordusu və rus donanması erməni məhəlləsini hədəfə alıb. Bundan sonra qırğın dayanıb. Opera və Balet Teatrında 2500-dən çox adam əsir saxlayıblar, hətta orada 14 nəfərin ürəyi partlayıb.

Quba qırğınını isə Çaparidze və M.C.Bağırov dayandırıb. Bir sıra hallarda rus əsgərlərinin müdaxiləsi də rol oynayıb.

Bundan sonra Milli hökumət Nuru Paşaya müraciət edib ki, “bizə zabit lazımdır, 300 zabitlə gəl, biz sənə əsgər verəcəyik”.



Tarixi İrəvanın ermənilərə verilməsindən də bəhs etdi: “Gəlin görək İrəvan hansı şəraitdə verilib? Ordu yox, paytaxt yox, ölkənin yarısı işğal altında, silah yox, ümid türkədir. Türk də Gümrünü ermənilərə vermək istəmirdi. Almaniya da türk əsgərinin bura gəlməsini istəmirdi. Türk qoşunu zülmlə gəlib. Vəhib Paşa M.Ə.Rəsulzadəyə “Bakının azadlıq yolu İrəvandan keçir”-deyirdi. Yəni “verin İrəvanı!” İrəvanda 211 min erməni, 80 min azərbaycanlı, 11 min digər millətlər var idi. Şəhər əhalisinin 60 faizini azərbaycanlılar təşkil edirdi. İrəvan verilməsə, Bakı da bizim olmayacaqdı. İyunda da 60 minlik bolşevik qoşunu Gəncəni tutmağa gedirdi. Ona görə də Türk qoşununun maksimum tez köməyə gəlməsinə çalışırdılar. Əliağa Şıxlınskı və digərləri gəlib Nuru Paşaya 30 min əsgər verəcəyik, deyiblər, amma elan edəndən sonra 37 nəfər gəlib. Geyim veriblər adamlara, səhər durub görüblər hamısı qaçıb. O şəraitdə milli qüvvələr türk ordusunu bura gətirə bilib”.

S.Tohidi dedi ki, Azərbaycan dövlətini elan etmək sadəcə bir kağız parçasının yazılması demək idi: “Belə olan halda Əhməd bəy Ağayev hətta deyib gəlin Türkiyəyə birləşək!

Ancaq M.Ə.Rəsulzadə və digərləri deyib ki, istiqlal qorunmalı, dövlət yaşamalıdır. Səhər gedirlər İstanbula və türk qoşunu Bakıya gəlməsi üçün danışıqlar başlayır. Ermənilər iddia edirlər ki, Bakıya müstəqil şəhər statusu verilsin, heç kimin olmasın. Rəsulzadə ermənilərin cavabını verib. Cəmi 60-70 kişi M.Ə.Rəsulzadə məktub yazıb ki, Bakıya birinci Azərbaycan qoşunu girsin, sonra türk qoşunu girsin ki, deməsinlər türk ordusu işğal etdi.
Hətta qoşun 3 gün ərzində Bakıya girməyib və əhaliyə deyilib ki, “gedin, mart qırğınının əvəzini çıxın”. Əhali də qisasını alıb”.

Cümhuriyyət komissiyasının ortaya qoyduğu sənədlər

S.Tohidi bütün bu faktları haradan əldə etməsinə də aydınlıq gətirdi. Bildirdi ki, o ağır günlərdə milli hökumət araşdırma komissiyasının ortaya qoyduğu sənədlər bütün bu faktları əks etdirib: “Ələkbər bəy Xasməmmədovun rəhbərlik etdiyi komissiyada rus, polyak, alman, litva tatarı, türkmən balası Məmməd xan Təkinski var idi. O komissiya 1 il müddətində 36 cild sənəd qoyub. 70 ildə yaxşı ki, bu sənədləri məhv edə bilməyiblər. Bu sənədlərin işində istintaq materialları, fotolar var. 95 fotono elə bu komissiya çəkib. Hətta bu sənədlərin bir hissəsi Fransadan, Əlimərdan bəy Topçubaşovun şəxsi arxivindən gətirilib. Ermənilər azərbaycanlıların qırğın törətdiyi barədə hay-küy qaldıranda Ə.Topçubaşov bu sənədləri apartdırıb o sənədləri itirməyib. Öləndən sonra da bir yəhudinin əlinə düşüb o sənədlər və sonradan arxivə verilib. Tarixçi alim dedi ki, qırğınlardan sonra Seymdəki 4 Azərbaycan fraksiyası birləşməyin yeganə yol olduğunu anladı: “Mart hadisələrindən sonra Müsavat dedi ki, “muxtariyyət qurtardı, müstəqillik!” Bakı azad olunandan sonra Azərbaycanda dövlət quruculuğu başladı”.

S.Tohidi dedi ki, M.Ə.Rəsuzladə mart qırğınının qurbanlarını “istiqlal mübarizəsinin şəhidləri” adlandırırdı: “O, bildirirdi ki, biz azadlıqdan danışmasaydıq, bu adamlar da qurban getməzdi.

Mart hadisələri ilə azərbaycanlılar özlərinin tarixi qan yaddaşını əldə etdilər. Sonra Topçubaşov da bunu ABŞ prezidenti Vilsona deyəcəkdi ki, biz öz dövlətimizi yaratmaq yolunda qan tökmüşük, qurbanlar vermişik, istiqlal asanlıqla əldə olunmayıb”.

Elşad PAŞASOY,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR