İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır

1026 27.10.2016 11:53 İqtisadiyyat A A
 Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" bank olmayan kredit təşkilatının istiqraz emissiyasını qeydə alıb. 

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR