İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında 1 qızıl, 2 bürünc medal qazanıb (VİDEO)

797 31.03.2016 23:08 İdman A A
Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 3 medal qazanıb.

Musavat.com-un məlumatına görə, bu gün mübarizəyə qoşulan 4 qadın güləşçidən yalnız Anna Pavliv (48 kq) 5-ci yerlə kifayətlənib.

Əvəzində bütün rəqiblərini məğlub edən Tatyana Omelçenko (60 kq) Avropa çempionu olub. Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatının ilk iki günündə mübarizə aparan Azərbaycan yunan-Roma güləşçilərindən Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR