İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Olimpiada ilə erkən vidalaşan idmançılarının sayı yeddiyə çatdı

688 24.07.2021 17:54 İdman A A

Azərbaycanın daha bir boksçusu Olimpiada ilə vidalaşıb.

Oxu.Az xəbər verir ki, I Avropa Oyunlarının qalibi Lorenso Sotomayor gözlənilmədən Olimpiadadan erkən ayrılıb.

Kuba əsilli boksçu Gürcüstanı təmsil edən Əsgərxan Madiyevə üçüncü raundda uduzub. Daha doğrusu, qaşından qan açılması sayəsində onun yarışmasına icazə verilməyib.

Qeyd edək ki, Lorenso Sotomayor Olimpiada ilə erkən vidalaşan yeddinci idmançımız olub. Daha əvvəl boksçularımızdan Tayfur Əliyev, cüdoçularımızdan Kəramət Hüseynov, Aişə Qurbanlı, üzgüçülərimizdən Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah və velosipedçimiz Elçin Əsədov Olimpiada ilə vidalaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR