İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın nümayəndəsi: Avropa Məhkəməsinə göndərəcəyimiz məlumat Ermənistana ötürüləcək

661 16.12.2022 01:54 Son xəbər A A

“Tam obyektiv məlumat İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim ediləcək”.

Bu barədə APA-ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

“Qonşu ölkədə yayılan məlumata görə, Avropa Məhkəməsi Azərbaycana sabaha qədər vaxt verib ki, Ermənistanın növbəti sorğusuna cavab versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bizə göndərdiyi məktubda 1 dənə də sual vermədən, ermənilərin məlumatına cavabın ayın 19-u saat 19-dək verilməsini xahiş edir.

Bundan sonra, göndərdiyimiz məlumat Ermənistana ötürüləcək. Yəni, proses gedir. Şübhəsiz, tam obyektiv məlumat İHAM-a təqdim ediləcəkdir. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir”,- deyə o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR