İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın Misirə, Misirin də Azərbaycana marağı durmadan artıb”- Politoloq

510 08.06.2024 13:10 Siyasət A A


Azərbaycan son illərdə ərəb dünyası ilə qurduğu əlaqələri durmadan möhkəmləndirir. Bu əlaqələrdə Misir dövləti xüsusilə, diqqət çəkir. Hazırda ölkə başçısının Misirə səfər etməsi və Ali Baş Komandanın ən yüksək səviyyədə qarşılanması, görüşlər keçirməsi və ölkəmiz adına çox vacib sənədlərin imzalanması bunun bariz sübutudur.

Misirin də dövlətlərarası münasibətlərdə ən diqqət etdiyi ölkələr sırasında Azərbaycan öndə gəlir. Hələ ötən il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri yaddaşlardan silinməyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a Azərbaycan-Misir əlaqələrini bu cür şərh etdi: “Misir Ərəb dünyasının və Afrikanın aparıcı dövlətlərindən biridir. Azərbaycan müstəqilliyini qazandıqdan bu yana bu ölkə ilə sıx əməkdaşlığa üstünlük verir. Misirin özü də Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Doğrudur, müəyyən illərdə Misirdə daxili gərginliklər olub, hakimiyyət dəyişiklikləri baş verib. Amma bunun iki ölkə arasında münasibətlərə heç zaman mənfi təsiri olmayıb. Tam əksinə Azərbaycanın Misirə, Misirin də Azərbaycana marağı durmadan artıb. Siyasi əlaqələr üst səviyyədədir. Misirlə Azərbaycan arasında tək siyasi əlaqələrə deyil, iqtisadi və enerji əlaqələrinə də ehtiyac var. Hesab edirəm ki, Azərbaycan Dövlət Neft Şirkəti xarici ölkələrdə müəyyən layihələr həyata keçirir və Misirə də maraqlı ola bilər. Üstəgəl, prezident İlham Əliyevin Misirə səfəri zamanı bu ölkənin prezidentini noyabrda Bakıda keçiriləcək iqlim dəyişikliliyi konfransına şəxsən dəvət edəcəyi gözlənilir.

Bunun da böyük əhəmiyyəti var. Çünki qarışıqlı səfərlər əməkdaşlığın daha üst səviyyəyə qalxmasında əhəmiyyətli rol oynayır”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR