AZƏRBAYCANIN MƏSƏLƏSİ AŞ PA KOMİTƏSİNİN GÜNDƏLİYİNƏ SALINDI
Azərbaycan məsələsi Paris vaxtı ilə saat 15:00-də müzakirə olunacaq. Məruzəçi Kristofer Ştrasserin yarım saatlıq çıxışından sonra tədbirə ekspert qismində dəvət olunmuş “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev çıxış edəcək.