İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın İrandakı səfirliyinə silahlı HÜCUM: ölən var YENİLƏNİB - VİDEO

7195 27.01.2023 10:27 Son xəbər A A

 

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib! Hücum dəf edilərkən Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, iki nəfər isə yaralanıb. Allah rəhmət eləsin. Hazırda Azərbaycan tərəfi təcili araşdırma aparır və əlavə məlumat veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Caliber.Az xəbər verir.

***

Azərbaycanın İrandakı səfirliyinə hücum olub.

Musavat.com xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, silahlı hücum nəticəsində bir nəfərin öldüyü bildirilir.

Kanal həmçinin hadisə yerindən görüntülər yayıb.

Videonu təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR