İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın İrandakı konsulluğunun qarşısında təxribatın ŞOK DETALLARI... - YENİLƏNDİ, VİDEO

2901 04.04.2023 11:00 Gündəm A A

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırılıb. 

Musavat.com aksiyanın təşkilatçılarına dair bir sıra məlumatlar əldə edib. Belə ki, konsulluğun qarşısında "Hüseyniyyun"un əskilərinin quraşdırılması prosesinə SEPAH-ın kəşfiyyat xidmətinin əmri ilə bilavasitə Bəxtiyar Bayramov rəhbərlik edib.

Aksiyada terrorçu qruplaşmanın 6 nəfəri iştirak edib ki, onlar konsulluğun qarşısına İsmayıl və Nəbi adlı iki şəxsin avtomobillərində gəliblər.

Bu "aksiya" İranın Kəşfiyyat və İnformasiya Nazirliyinin razılığı ilə keçirilib.

****

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə MOUZE Teleqram kanalında məlumat paylaşılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR