İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın əsas hava limanında Bayraq Günü aksiyası (FOTO)

1762 09.11.2013 18:32 Ölkə A A
Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkəmizdə səfərdə olmuş və gedən xarici vətəndaşlara bayraq materiallarından hazırlanmış suvenirlərin (köynək, papaq, maqnit, qələm) paylayıb.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, noyabrın 8-9-da həyata keçirilən bu aksiya 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə “Yallı gedək - Bayrağımızı təbliğ edək” adlı layihə çərçivəsində gerçəkləşib.

Qeyd edək ki, layihə Azərbaycan prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR