İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın enerji sektorundakı rolu artıq növbəti mərhələyə keçib-RƏY  

331 26.04.2023 14:54 Siyasət A A

 

“Prezidentin Bolqarıstana səfəri kifayət qədər uğurludur. Bu səfər dünya mediasının da diqqət mərkəzində idi”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, Avropa İttifaqı ilə əlaqəli siyasətdə Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, Avropanın enerji təhlükəsizliyində müstəsna rolu olan Azərbaycanın da iştirak etdiyi layihələr həyata keçirilir. Enerji dəhlizlərinin diversifikasiyası  prosesində bu ölkələr mühüm yerə malikdir. Bu müstəvidə “Həmrəylik halqası” layihəsinin həyata keçirilməsi ölkəmizin bir sıra istiqamətlərdə mövqelərinin möhkəmləndirilməsi baxımından kifayət qədər önəm daşıyır. Həm Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı, həm də “Həmrəylik halqası”nın iştirakçısı olan dövlətlərlə Azərbaycanın gələcək əlaqələrinin intensivliyi üçün geniş perspektivlər var. 

Məlumdur ki, yaşıl enerji ilə bağlı əməkdaşlığın genişləndirilməsi istiqamətində də addımlar atılır. Bununla da ənənəvi neft və qaz ölkəsi Azərbaycanın enerji sektorundakı rolu artıq növbəti mərhələyə keçib. Müasir çağırışlara cavab vermək, eyni zamanda bərpaolunan enerji istiqamətində mövqelərin möhkəmləndirməsi üçün ciddi addımlar atılır. Şübhəsiz ki, bu səfər həm Azərbaycan-Bolqarıstan, həm də Azərbaycan-Şərqi Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyət daşıyır. Bu səfər eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də öz töhfəsini verəcək”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR