İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın dörd rayonunda polis rəisləri dəyişdirildi

4823 15.05.2016 14:11 Ölkə A A
Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Nazirin imzaladığı əmrlə Ucar Rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov tutduğu vəzifədən azad edilərək Zaqatala RPŞ-nin rəisi, Zaqatala RPŞ-nin rəisi Arif Babayev tutduğu vəzifədən azad edilərək Yardımlı RPŞ-nin rəisi, Yardımlı RPŞ-nin rəisi Nadir Məmmədov tutduğu vəzifədən azad edilərək Qəbələ RPŞ-nin rəisi, Qəbələ RPŞ-nin rəisi Ehtibar Abduyev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.
 
Daxili İşlər Nazirliyindən APA-ya təyinatları təsdiqləyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR