İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın daha bir köklü partiyası fəaliyyətini dayandırdı - ALDP-nin son BƏYANATI

3480 01.04.2023 17:00 Siyasət A A

Azərbaycanın daha bir köklü partiyası - 1999-cu ildən rəsmi siyasi fəaliyyət göstərən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) öz fəaliyyətini dayandırıb.

Partiya adından yayımlanmış son bəyanat Musavat.com-un redaksiyasına eksklüziv olaraq təqdim edilib. 

Musavat.com həmin bəyanatı olduğu kimi təqdim edir:

“XX əsrin sonunda ölkəmiz yenidən öz müstəqilliyini dünyaya bəyan etdi və Respublikamızda müstəqil dövlət quruculuğu işlərinə start verildi. Demokratik inkişaf yolu seçmiş Azərbaycan yeni siyasi sistemin qurulması istiqamətində ciddi addımlar atmağa başladı. Təkpartiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçid üçün cəmiyyətin fəal siyasi nümayəndələri müxtəlif siyasi partiyalar yaratmağa başladı. Fikir və söz azadlığı hüququndan geniş istifadə imkanları yaradıldı.

WhatsApp Image 2023-04-01 at 13.37.06.jpeg (193 KB)

09.07.1999-cu il tarixində dövlət qeydiyyatına alınmış Azərbaycan Liberal Demokrat Partiyası da aktiv siyasi fəaliyyətlə məşğul olub, partiya quruculuğu işinə öz töhfəsini verib. Siyasi baxışlardan asılı olmayaraq ALDP dövlətçilik ənənələrinin və milli mənafeyin qorunmasını hər zaman ümdə vəzifə tutub və öz fəaliyyətini bu istiqamətdə davam etdirib.

Siyasi həyatın ayrılmaz hissəsi olan seçki proseslərində mütəmadi iştirak etmiş ALDP 2008-ci ildə keçirilmiş prezident seçkilərinə öz namizədini irəli sürüb və seçki prosesinin iştirakçısı olub. Bundan əlavə, Milli Məclisə keçirilən seçkilərdə hər zaman öz namizədləri ilə iştirak edib və fəal siyasi partiya kimi Azərbaycanın müasir siyasi tarixində öz fəaliyyəti ilə əks olunub.

2019-cu ildə ölkəmizdə geniş siyasi islahatlara start verildi. İqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın yaradılması ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların inkişafına təkan verdi. Siyasi partiyalar siyasi sistemin inkişafı və güclü Azərbaycan naminə fəal işləməyə başladılar.

27 sentyabr 2020-ci il tarixində başlanılan Vətən müharibəsində Azərbaycan Liberal Demokrat Partiyası Ali Baş komandanın yanında olduğunu bəyan edib və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında qeyd-şərtsiz milli birlik nümayiş etdirib.

II Qarabağ müharibəsində əldə olunmuş şanlı Qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yeni geosiyasi reallıqların yaradılması fonunda ölkəmizdə milli dövlətçiliyin qorunması və siyasi birliyin nümayiş etdirilməsi əsas vəzifələrdən biridir.

“Siyasi partiyalar haqqında” Qanun qəbul edildikdən sonra  partiyanın fəaliyyətini yeni Qanunun müddəalarına uyğunlaşmaq üçün Partiyada işçi qrup yaradılıb. Yeni siyasi reallıqlar fonunda Partiya üzvlərinin əksəriyyəti xüsusi rəydə ALDP-nin fəaliyyətinə son qoyulmasının tərəfdarı olduğunu bildiriblər. Partiya üzvləri əksəriyyəti Azərbaycan torpaqları işğaldan azad olunandan sonra, bir vətəndaş kimi Azərbaycan Prezidenti İlham Əliyevə digər problemləri həll etmək üçün dəstək verəcəyini bildirirlər.

WhatsApp Image 2023-04-01 at 13.37.06 (3).jpeg (114 KB)

ALDP Rəyasət Heyəti İşçi qrupun hesabatını və üzvlərin xüsusi rəyini müzakirə edərək Partiyanın fəaliyyətinə son qoyulması qərarını qəbul edib”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR